AZ   |   RU
Stolüstü tennisçimiz erməni rəqibi üzərində inamlı qələbə ilə növbəti mərhələdə

Bu gün Gürcüstanın paytaxtı Tbilisi şəhərində “WTT YOUTH CONTENDER TBILISI” turnirinə start verilib. Yeniyetmələrdən ibarət Azərbaycan millisi bu yarışda həm oğlanların, həm də qızların turnirində təmsil olunur. Əvvəlcə oğlanların mübarizəsi başlanıb. Sentyabrın 21-dək keçiriləcək yarışda böyük məşqçi Fərhad İsmayılov və məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov və Onur Quluzadə bacarığını göstərəcək. 

Missiya.Az
xəbər verir ki, 17 yaşadək idmançıların mübarizəsinə qatılan Adil Əhmədzadə qrup mərhələsində iranlı Nima Nagavi, qazaxıstanlı Ramazan Nazir və ermənistanlı Narek Stepanyan üzərində inamlı qələbələrlə növbəti mərhələyə adlayıb. Onun 1/8 finaldakı rəqibi İran idmançısı Seyedsina Horeyşian olacaq.

  • 19-09-2022, 17:10