AZ   |   RU
Türkiyənin Milli Müdafiə nazirinin müavini Şəhidlər Xiyabanını ziyarət edib - FOTO

Türkiyənin Milli Müdafiə nazirinin müavini Muhsin Dərə Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edib.

Missiya.Az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyinin rəsmi “Twitter” səhifəsində bildirilib.

Məlumatda deyilir ki, Türkiyənin hərbi qurumunun nümayəndəsi şəhidlərin məzarlarını ziyarət edib və “Xatirə dəftəri”ni imzalayıb.



  • 27-09-2021, 15:47