AZ   |   RU
Rusiya ilə Türkiyə liderləri Qarabağla bağlı müzakirə aparıb

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin ilə Rəcəb Tayib Ərdoğan arasında telefon söhbəti zamanı Qarabağdakı vəziyyətə dair fikir mübadiləsi aparılıb.

Missiya.Az
“TASS”a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti bildirib. Bölgədəki Rusiya – Türkiyə birgə monitorinq mərkəzinin fəaliyyətinə müsbət qiymət verildiyi qeyd olunub.

Bununla yanaşı, Rusiya lideri bugünlərdə Cenevrədə ABŞ prezidenti Co Baydenlə söhbəti barədə Ərdoğana məlumat verib. Söhbət zamanı Rusiya ilə Türkiyə arasında müxtəlif sahələrdəki əməkdaşlıqla bağlı müzakirələr aparılıb.


  • 24-06-2021, 21:09