AZ   |   RU
Azərbaycan əsgərinə "kloun" deyən vətən xaini - Keçmiş səfirin səfil halı

 

Erməni sosial və ənənəvi media platformaları keçmiş səfir Arif Məmmədovun Belarusun “Belsat” televiziyasına açıqlamasını yayımlayaraq azərbaycanlı eko-fəalların Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyasını ləkələməyə çalışıblar. Bədnam eks-diplomat müsahibəsində deyib ki, bu, hakmiyyət tərəfindən səhnələşdirilmiş tamaşadır. Əvvəllər əksər tanınmış jurnalistlər və siyasi xadimlər bədnam keçmiş səfirin əqli problemli, yalançı və savadsız bir şəxs olduğunu deyirdilərsə, bu müsahibədən sonra heç kimdə səfir haqqında deyilən fikirlərin reallığı barədə şübhə yeri qalmır, deyilənlərin doğruluğu təsdiqlənmiş olur. Çünki Arif Məmmədov əlaqəsiz şəkildə fikirlərini müdafiə edir ki, əgər Azərbaycanda ekoloqlar varsa, onda gedib Xəzərdə tələf olan suitilərlə bağlı tədbir görsünlər. “Xəzəri bu vəziyyətə biz salmışıq” - deyən A.Məmmədov bu sözlərindən sonra erməni qardaş və bacılarına yaxınlığını gülümsəyərək birüzə verməyi də unutmayıb.

İzahata keçməmiş qeyd edək ki, Arif Məmmədovun “gedib Xankəndidə ekoloji problemlərlə məşğul olunca, Bakının problemləri ilə məşğul olun” tezisinin ermənilərdən gəldiyini öncədən deyə bilərik. Bununla bağlı yetərli qədər faktlar da var.

Biz yalnız birini göstərəcəyik.

Aşağıda yerləşdirdiyimiz fotoları ən radikal erməni teleqram kanalı “armyanin” paylaşıb.

12 dekabr 2022-ci il tarixdə paylaşılan bu mətni oxumasanız belə, söhbətin nədən getdiyini anlamış olacaqsınız. Eynilə Arif Məmmədov kimi danışıblar. Sanki eyni mərkəzdən idarə olunan trollardırlar.

İndi isə açıqlamada aydınlıq gətirilməli olan iki məqama toxunaq.

Birinci məqam ondan ibarətdir ki, A.Məmmədovun azərbaycanlılarla ermənilər arasında baş vermiş adi insidentdən tutmuş, Azərbaycanla Ermənistan arasında baş verən genişmiqyaslı döyüş əməliyyatlarına qədər bütün hallarda erməniləri müdafiə edib, azərbaycanlıları günahkar çıxardıb. Bir neçə misal çəkəcəyik:

1. 2019-cu ildə “OsmanqızıTv”nin qonağı olan A.Məmmədov o vaxt dünya mətbuatının gündəmində olan “Troyka Landormat” haqqında danışıb. Linkdən keçid edərək həmin müsahibəyə baxa bilərsiniz: https://www.youtube.com/shorts/dT5a1SRccbo

Bildiyimiz kimi, “Troyka Landormat” Rusiyada külli miqdarda pul vəsaitinin “yuyularaq” xaricə daşınma sxemidir. “Troyka” sözü Rusiyanın məşhur investisiya fondu olan “Troyka Dialoq”un adından götürülüb, “landromat” hərfi mənada “paltaryuma” lakin, məcazi mənada külli miqdarda çirkli pulların “yuyulma, təmizlənmə, ağartma” mənası anlamında işlədilir. Ən maraqlısı isə həmin dövrdə “Troyka Dialoqun” rəhbəri Kremlə yaxınlığı ilə seçilən, qısa müddətdə Qarabağ iqtisadi rayonunda müvəqqəti mövcud olan separatçı rejimin “dövlət naziri” olmuş Ruben Vardanyan idi. Ancaq A.Məmmədov çıxışında az qala ağlayır ki, R.Vardanyanın burada heç bir günahı yoxdur, günah Azərbaycan hakimiyyətindədir. Azərbaycan hakimiyyəti israrla bu fırıldaqçı milyarderi Qarabağdan uzaqlaşdırmaq üçün bütün mümkün diplomatik, siyasi və iqtisadi təsir variantlarına əl atdı və yekunda istəyinə nail oldu. A.Məmmədov isə Qarabağı talayan Vardanyan şirkətlərinin qanunsuz fəaliyyətlərinə son qoymaq üçün eko-fəalların aksiyasını ələ salır, aksiyanı düşünülmüş və səhnələşdirilmiş tamaşa adlandırır. Burada əlaqəni tutursunuz? 2019-cu ildə R.Vardanyanı “Troyka Landormat”ına görə var gücü ilə müdafiə edən A.Məmmədov indi elə həmin rusiyalı milyarder, fırıldaqçı və eko-terrorçunun şirkətlərinin qanunsuz fəaliyyətinə etiraz edən gənclərə qarşı çıxır.

2. İkinci erməni təşəbbüskarlığı 2020-ci ilin “Tovuz hadisələri” zamanı baş tutub. Həmin günlərdə A.Məmmədov Azərbaycanın Brüsseldəki Səfirliyi qarşısında baş vermiş insident barədə misli görünməmiş satqınlıqla polis və digər orqanlara müraciət etmişdi. Xatırladaq ki, bir qrup azərbaycanlı vətənpərvər Azərbaycan səfirliyinin qarşısında dəstək mitinqi keçirərək Paşinyanın siyasətini qınayırdı. Aksiyanın başa çatmasından sonra azərbaycanlılar dinc şəkildə dağılışmağa başladıqları vaxt tində və ağacların arxasında gizlənən erməni kriminallar, terrorçular onlara hücum etmişdilər. İdmançı cüssəli kriminal ünsürlər azərbaycanlıları döymüş, videoya çəkərək, internetdə yaymışlar. Arif Məmmədov bu məsələ ilə bağlı əvvəl videomüraciət yaymış və bildirmişdir ki, Brüsseldəki qarşıdurmanın təşkilatçısı Azərbaycan hakimiyyətidir. O iddia edirdi ki, erməni diasporu ilə toqquşmalar hakimiyyət tərəfindən ona görə təşkil olunur ki, Bakıda xalqın diqqətini daxili problemlərdən yayındırsınlar.

Yəni, Arif Məmmədov Azərbaycanı, Azərbaycan hakimiyyətini Los-Ancelesdə və Brüsseldə erməni fəallarına hücum təşkil etməkdə günahlandırır, bundan əlavə, Azərbaycan xüsusi xidmət orqanlarını da bu hücumların təşkilində ittiham edir. Bu azmış kimi, eks-səfir Belçika polisinə yollanıb və Azərbaycan hakimiyyətindən şikayət verib. Xeyr, azərbaycanlı gənc oğlanlara və qızlara hücum edən ermənilərdən deyil, Azərbaycan hakimiyyətindən: Çünki o, hesab edir ki, Avropa paytaxtlarındakı terrorun təşkilatçısı Azərbaycan hakimiyyətidir. Bununla da ürəyi soyumayıb. O, həmin gün Azərbaycan gənclərinə və miqrantlara müraciət edərək Ermənistana və erməni diasporuna qarşı mitinqlərdə iştirak etməməyə çağırıb. Həmin video müraciəti yaydığı statusunda isə ermənilərdən ibarət böyük dəstək qrupuna özünüz də şahid olun:



3. Keçmiş səfir izləyicilərinə deyir ki, Azərbaycan hakimiyyətinə çalışan mediaya qulaq asmayın! Brüsseldə Paşinyanın diplomatiyası qələbə qazandı. Əlavə edir ki, məğlub ölkənin baş naziri olsa da, Paşinyanın diplomatiyasına heyran qaldım. Onu da əlavə edir ki, Paşinyan elə bir diplomatiya nümayiş etdirdi ki, Avropa ona 3 milyard, Azərbaycana isə cəmi 500 milyon ayırdı.

Bir sözlə, Məmmədovun müraciəti Paşinyan hökumətinin təbliğatının əsasını təşkil etməklə, onu erməni informasiya məkanının “qəhrəmanına” çevirib.

Misal üçün, ermənilərə dəstək xarakterli bir hesabdan paylaşılan tvitdə yazılıb:

“Azərbaycanın Avropa Şurasındakı keçmiş səfiri Arif Məmmədov Azərbaycan dövlətinin ölkədəki qanun pozuntularını təmizə çıxarmaq üçün Avropa liderlərinə qan pulu verməsindən danışır. Bəlkə də buna görə “Artsaxda” 44 günlük müharibə gedən zaman BMT və YUNESKO səssiz qalmışdı”.

Fikirlərinizi bildirməkdə sərbəstsiniz. Sükutla da qarşılaya bilərsiniz.

İndi isə qayıdaq A.Məmmədovun bədnam açıqlamasına veriləcək şərhin ikinci hissəsinə – Xəzərdə ölən suitilərə. A.Məmmədova izah edilməsi vacibdir ki, Xəzərdə suitilərin kütləvi ölümü ilə bağlı mütəxəssislər dəfələrlə açıqlama yayıblar. Moskva Dövlət Universitetinin Coğrafiya fakültəsinin okeanologiya kafedrasının baş müəllimi Sergey Muxametov RİA Novosti agentliyinə bildirib ki, Xəzərdə suitilərin kütləvi ölümünə səbəb seysmik aktivlik nəticəsində metan tullantılarının buraxılması ola bilər. “Əgər akvatoriya kimyəvi və ya digər zərərli maddələrlə çirklənərsə, o zaman təkcə suitilər deyil, digər orqanizmlər, o cümlədən balıqlar da tələf olar. Buna görə də, səbəb çox güman ki, təbiidir – suitilər boğulub”, – o, qeyd edib.

Dəfələrlə şahidi olmuşuq ki, Arif Məmmədov Paşinyanın mətbuat xidməti rolunda çıxış edib: Ermənistanı tərifləyib, Azərbaycanı tənqid edib, azərbaycanlıları pisləyib, erməniləri “dağ başına qaldırıb”. Bir adam ki, əlləri Azərbaycan xalqının qanına bulanmış, muzdluları, terrorçuları “şəhid”, onların ailələrini isə “erməni şəhid ailələri” adlandırır, beləsindən nə gözləyəsən?!

Yaxud Azərbaycan əsgərinə “kloun” deyən, idmançılarımızı isə meşədən çıxmış heyvana bənzədən Arif Məmmədov “Vətən xainliyi”nin pik nöqtəsində deyil, hardadır?!




  • 11-03-2023, 14:51