AZ   |   RU
Paşinyan Azərbaycanla imzalanacaq sənəddən danışdı - Erməni diasporu baş naziri istefaya çağırdı


"Ermənistan fevralın 15-də Azərbaycanla sülh və münasibətlərin qurulması sazişinin növbəti mərhələsini başa çatdırıb və təkliflərini rəsmi Bakıya təqdim edib."

Missiya.Az
erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. O həmçinin qeyd edib ki, sənəd ABŞ, Fransa və Rusiyaya da göndərilib.

"Biz layihə üzərində işləyərkən hər an imzalamağa hazır olduğumuz sənədin Azərbaycan üçün də məqbul olmasını əsas götürdük” - deyə Paşinyan əlavə edib.

Eyni zamanda Ermənistan mediasında yayılan məlumata görə Paşinyan sülh müqaviləsini partiya yoldaşları ilə bağlı qapılar arxasında müzakirə edib.

Erməni diasporunun müxtəlif ölkələrdən olan bir neçə üzvü Nikol Paşinyana açıq məktubla müraciət edərək istefasını tələb ediblər. Bölgədə sülhün əleyhinə olan erməni diasporunun üzvləri Azərbaycanla əldə ediləcək sülhü "ümumerməni fəlakəti" adlandırırlar. 

Görünən odur ki, sülh prosesinin qarşısını almağın yeganə yolunun Ermənistan Respublikasının baş nazirinin vəzifə və səlahiyyətlərini donduraraq dərhal istefaya getməsində görən erməni diasporu gələcəkdə qurulacaq münasibətlərdən bərk narahat olub.

Nəriman Sultanoğlu
Missiya.Az



  • 16-02-2023, 14:39