AZ   |   RU
“Biz məğlub dövlətik, Ermənistanın Azərbaycana qarşı müharibə etmək üçün resursları yoxdur” – Erməni siyasətçi
 
“Hesab edirəm ki, Ermənistanın hazırda yeni müharibəyə başlamaq üçün resursları yoxdur və yeganə variant danışıqları bərpa etməkdir. Ermənistan bu gün müharibəyə hazır deyil”.

Missiya.Az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, bu sözləri “İşıqlı Ermənistan” partiyasının sədr müavini Gevorq Qorqisyan deyib.

“Hazırda sülh gündəminə qarşı çıxan qeyri-adekvat qüvvələr də var. O, qüvvələr Ermənistanın düşmənləridir. Əvvəla, 2020-ci ildə nə baş verdiyini anlamırlar və uduzduğumuzu etiraf etmək istəmirlər. Bizim Azərbaycana və Türkiyəyə qarşı müharibə etmək üçün resurslarımız yoxdur”, - deyə erməni siyasətçi vurğulayıb.

Qorqisyan qeyd edib ki, əgər müdafiə sistemimiz olmasa, davamlı hücumlara məruz qalacağıq:

“İnkişaf edən iqtisadiyyatımız olmasa, ordunun ehtiyaclarını ödəyə bilməyəcəyik. Əgər bizdə həyat keyfiyyəti yüksəlməsə, Ermənistanda yaşayan, yaradan insanlar olmayacaq. Nə edək, ölkəni inkişaf etdirməyək? Boş-boş danışaq? Bu gün sülhün əleyhinə olanların hamısı Ermənistanın düşmənləridir”, - deyə erməni siyasətçi əlavə edib.

Qorqisyan bildirib ki, hazırda Ermənistanın qarşısında çoxlu problemlər var və bunlar həll olunmalıdır.
 

Daşqın Həsənov
Missiya.Az


  • 10-02-2023, 12:03