AZ   |   RU
“Bütün bunlar yeni müharibəyə səbəb olacaq” – Erməni jurnalist

“İrəvan hakimiyyəti Ermənistana KTMT əvəzinə Avropa İttifaqının müşahidəçilərini yerləşdirməyə qərar verdi. Dünən Milli Assambleya-Hökumətin sual-cavab sessiyası zamanı baş nazir Nikol Paşinyan aylarla davam edən suallara yeni, sensasion cavab verib və etiraf edib ki, o, Aİ müşahidəçilərini Ermənistana sərhəddə sabitliyin yaradılması üçün deyil, ona nəzarət etmək üçün dəvət edir”. 

Missiya.Az
“Hraparak” nəşrinə istinadən xəbər verir ki, bu sözləri erməni jurnalist Lusine Şahverdyan deyib.

“Paşinyan əvvəlcə əmin etdi ki, bu qərarın heç bir geosiyasi mənası yoxdur. Əsas səbəb odur ki, KTMT-dən fərqli olaraq Avropa İttifaqı Ermənistanın ərazisini dəqiq müəyyən edib. Paşinyanın sözlərinə görə, KTMT Avropa İttifaqından nümunə götürərək Ermənistanın ərazisinin nə qədər olduğunu qeydə almalıdır. Paşinyanın açıqlamaları parlament müxalifəti sıralarında da ciddi narahatlıq yaradıb. Onların fikrincə, hakimiyyət bu cür təhlükəli addımlarla Ermənistanı yeni fəlakətə sürükləyir. Bütün bunlar yeni müharibəyə səbəb olacaq”, - deyə erməni jurnalist vurğulayıb.

Şahverdyan qeyd edib ki, bu kontekstdə “təcavüzkar” və ya “revanşist” təəssüratı yaratmamaq üçün siz hərbi təlimlər keçirmirsiniz, ordumuzun döyüş qabiliyyətinin artırılmasına yönəlmiş intensiv tədbirlər görmürsünüz:

“Müttəfiqinizin hərbi bazası üçün təhlükə və düşmənlərinizin ölkənizə qarşı növbəti kampaniyaya başlamasını sakitcə gözləyin. Bütün bunlar Paşinyanın planlaşdırdığı məğlubiyyət planıdır”- deyə erməni jurnalist bildirib.
 
 
Daşqın Həsənov
Misiya.Az


  • 10-02-2023, 11:32