AZ   |   RU
“Putin qalib gəlsə NATO üçün təhlükə olacaq” - Stoltenberq

“Rusiyanın Ukraynaya qarşı müharibədə qələbəsi NATO üçün təhlükə olacaq”.

Missiya.Az
“UNİAN”a istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə keçirdiyi mətbuat konfransında NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Siyasətçi bildirib ki, Rusiya prezidenti Vladimir Putin qalib gəlsə bu, ukraynalılar üçün faciə və NATO üçün təhlükə olacaq, çünki digər avtoritar rejimlər öz məqsədlərinə hərbi yolla nail ola biləcəklərinə əmin olacaqlar.

"Bu, dünyanı daha təhlükəli və həssas edəcək. Ukraynanın Avropada müstəqil dövlət kimi qələbəsini və üstünlüyünü təmin etmək bizim təhlükəsizliyimizin maraqlarına uyğundur", - deyə Stoltenberq vurğulayıb.

Siyasətçi qeyd edib ki, Avropada baş verənlər Asiya üçün də önəmlidir, ona görə də Çinin hərbi gücə sərmayə qoymasına diqqət yetirmək lazımdır.
 
 
Daşqın Həsənov
Missiya.Az


  • 9-02-2023, 12:09