AZ   |   RU
Türkiyəyə ilk yardım əlini Azərbaycan uzatdı - Qardaş ölkə bu sınaqdan da üzü ağ və alnıaçıq çıxacaq - ŞƏRH

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı Azərbaycan qardaş ölkəyə yardım əlini uzadan ilk ölkə oldu. Zəlzələnin baş verdiyi günün səhər saatlarında Azərbaycan prezidenti İlham Əliyev Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğana başsalığı mesajını göndərdi və ardınca isə liderlər arasında telefon danışığı oldu. İlham Əliyev telefon danışığı zamanı Ərdoğana Azərbaycanın hər cür yardıma hazır olduğunu bildirdi. Elə həmin gün İlham Əliyevin tapşırıqlarına əsasən Fövqəlada Hallar Nazirliyinin bir qrup əməkdaşı fəlakət bölgəsinə göndərildi.

Bundan əlavə qardaş Türkiyəyə dövlət tərəfindən humanitar yardımların göndərilməsi təşkil olundu. Azərbaycan fəlakət bölgəsinə iki təyyarə ilə humanitar yardım göndərdi. Ötən gün isə bir qrup həkim briqadası Zəlzələnin baş veridiyi vilayətlərə göndərildi. Bundan əlavə, bu gün səhər saatlarında yenə Fövqəlada Hallar Nazirliyinin bir qrup əməkdaşı fəlakət bölgəsinə yola salındı. Qardaş ölkədə fəlakətdən zəzər görmüş insanlara humanitar yardımlar göndərmək üçün xalqımız da öz köməyini əsirgəmir. Ötən gün Türkiyə səfirliyi tərəfindən təşkil olunan humanitar aksiyaya xalqımız könüllü şəkildə fəlakətdən zəzər görmüş insanlar üçün həyati əhəmiyyət kəsb edən bütün ləvazimatların gətirilməsini təmin etdilər. Sosial şəbəkələrdə yayılan görüntülərdə insanlarımızın orada necə canfəşanlıq etdiklərinin şahidi olduq. Bu isə iki xalqın bir-birinə olan qardaşlıq nümunəsinin təzahürüdür.

Türkiyə hakimiyyəti zəlzənin baş verdiyi ilk dəqiqələrdən etibarən bütün güclərini səfərbər etməyə başladılar. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hadisəni öz nəzarətinə götürdü, bundan əlavə dövlət idarələrinin bir sıra rəhbərlərindən ibarət operativ qərargah yaradıldı. Ərdoğan başda olmaqla dövlət strukturlarının rəhbərləri və əməkdaşları bütün güclərini səfərbər edərək, fəlakətin tez bir zamanda aradan qalxmasına çalışırlar. Türkiyə zəlzələdən zərər görmüş bölgələlərə yardım məqsədilə dövlət büdcəsindan milyardlarla lirə ayırdı. Bu isə Türkiyə dövlətinin hər an öz xalqının yanında olduğunu və var gücləri ilə təbii fəlakətin tez bir zamanda aradan qaldırılmasına çalışdıqlarının nümunəsidir. Türkiyədə bundan öncə də bu cür hadisələrin baş verməsinə baxmayaraq, qardaş ölkə tez bir zamanda bunun öhdəsindən gəlməyi bacarmışdır. İnanırırıq ki, Türkiyə bu sınaqdan da üzü ağ və alnıaçıq çıxacaq. Azərbaycan da hər an qardaş Türkiyə dövlətinin və xalqının yanındadır. 

Daşqın Həsənov
Missiya.Az 


  • 8-02-2023, 17:17