AZ   |   RU
Vardanyanın Xankəndidən qaçışı İlham Əliyevin siyasi iradəsinin növbəti təzahürüdür - ŞƏRH
 
Erməni mənbələrində yayılan xəbərlərə görə Xankəndidəki separatçı rejimin “dövlət naziri” Ruben Vardanyanın Rusiyanın paytaxtı Moskvaya qaçdığı barədə xəbərlər yayılıb. Vardanyan çox ehtimal ki, Rusiya sülhməramlılarının avtomobillərinin yük yerində, bəlkə də çirkli paltarların arasında aradan çıxıb. Hazırda isə onun Moskvada olduğu bildirilir.

Bir neçə gün bundan öncə dünyanın tanınmış telekanallarına müsahibə verməklə Azərbaycana qarşı qarayaxma kampaniyası aparmağa çalışan Vardanyan bunun heç bir nəticə vermədiyini anlayaraq, Xankəndini tərk etməyə məcbur olub. Çünki Vardanyan özü də yaxşı bilirdi ki, dünya artıq ermənilərin yalanlarına öyrəşmiş və onların bu cür yalan kampaniyaları heç bir effekt verməyəcək.

Vardanyanın Xankəndidən qaçmağının əsas səbəblərindən biri Azərbaycanın apardığı siyasi təbliğatın nəticəsidir. Vardanyan Xankəndiyə gəldikdən indiyə kimi Azərbaycanla tərəf kimi danışıqlar aparmağa dəfələrlə cəhd göstərməsinə baxmayaraq Rəsmi Bakı bu cür təklifi rədd etdi. Həmin zaman Azərbaycan prezidenti İlham Əliyev bildirdi ki, Əgər onlar Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu, alınmayacaq. Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib.

Dövlət başçısının qətiyyətli çıxışından sonra bunun mümkün olmayacağını anlayan Vardanyanın qarşısında Xankəndini tərk etməkddən başqa heç bir seçim şansı yox idi. Bütün bunlar isə İlham Əliyevin iradəsinin növbəti təzahürü idi. Əgər hansısa qüvvələr yenidən oraya öz əlaltlarını göndərməyə cəhd etsələr onların istəyi heç bir nəticə verməyəcək. Onlar Azərbaycan dövlətinin qəti, prinsipial mövqeyi ilə üz-üzə qalacaq.

Hətta dövlət başçısı çıxışlarında dəfələrlə bildirib ki, Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Kim istəsə vətəndaşlığımızı qəbul edib orada Azərbaycan bayrağı altında yaşaya bilər. İstəməyənlər üçün isə qapımız hazırdır. Çox ehtimal ki, Qarabağda yaşayan ermənilərin əksəriyyəti vətəndaşlığımızı qəbul edib, Azərbaycan qanunları ilə yaşamağa hazırdılar. Ancaq buna əngəl olmağa çalışan güclər var. Onlar həmin insanlarla Azərbaycan arasında birbaşa təmasın qurulmasına hər cür əngəl törətməyə çalışırlar. Çünki onlar özləri də anlayırlar ki, orada yaşayan ermənilər onların çirkin siyasətlərinin qurbanı olublar.

Daşqın Həsənov
Missiya.Az


  • 8-02-2023, 13:53