AZ   |   RU
Sülhməramlılar humanitar məqsədli avtomobilləri 1000 dollar müqabilində Xankəndiyə buraxır - “Hraparak”

Xankəndi-Laçın yolunda keçirilən ekoaksiyadan sülhməramlılar varlanmaq üçün istifadə edir.

Missiya.Az
xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

“Rusiya sülhməramlıları dəhlizə lazımi nəzarəti həyata keçirməyə, təhlükəsiz və maneəsiz hərəkəti təmin etməyə borclu olsalar da, yolun açılması üçün faktiki addımlar atmırlar. Əvəzində aclıq və ya antisanitar şərait başlamaması üçün Qarabağa humanitar yüklərin daşınmasını təmin etməyə çalışırlar”, - deyə nəşr vurğulayıb.

Mənbə qeyd edib ki, bəzi sülhməramlılar da Laçın yolundakı aksiyadan istifadə edərək varlanmaq istəyir və müvafiq ödəniş müqabilində yükün bir hissəsini Xankəndiyə daşıyırlar. 

“Sülhməramlılar bir yük maşını daşımaq üçün ermənilərdən min dollara qədər pul alırlar. Pulun miqdarı müxtəlif hallarda dəyişir. Malın qiymətindən və miqdarından asılı olaraq bəzən bu rəqəm daha çox olur”, - deyə nəşr bildirib.
 
 
Daşqın Həsənov
Missiya.Az


  • 2-02-2023, 10:07