AZ   |   RU
Türkiyənin yeni zirehli döyüş maşını - “Otokar” kütləvi istehsala başlayır

Türkiyənin “Otokar” şirkəti yeni ARMA II zirehli döyüş maşınını təqdim edib.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyə müdafiə sənayesində inkişaf etdirilən ilk yerli mühərrikli, 8 təkərli hərbi texnika kütləvi istehsala hazır vəziyyətə gətirilib.

“Otokar” tərəfindən hazırlanmış və 720 at gücündə yerli mühərriklə təmin edilən ARMA II zirehli maşını sinfinin ən yüksək qoruma səviyyəsi və atəş gücü ilə fərqlənir.

Piyadalar üçün standart təkərli zirehli döyüş maşını və zirehli personal daşıyıcısı kimi istifadə olunmaqla yanaşı, ARMA II-yə müxtəlif sistemlər inteqrasiya oluna bilər. Bu hərbi texnika əsasən 120 millimetrlik ağır silah sistemlərinin inteqrasiyasına, həmçinin daha böyük daşıma qabiliyyətinə, daha çox müdafiə xüsusiyyətlərinə imkan verir. 

Nəriman Sultanoğlu
Missiya.Az




  • 1-02-2023, 14:55