AZ   |   RU
Ukraynada istefa dalğası - Zelenskinin Ofisindən açıqlama


Ukrayna Nazirlər Kabineti bu gün keçirilən iclasında dörd nazir müavinini vəzifələrindən azad edib.

Missiya.Az
xarici mediaya istinadən xəbər verir ki, müdafiə nazirinin müavini Vyaçeslav Şapovalov, icma və ərazilərin inkişaf nazirinin müavini İvan Lukerya və Vyaçeslav Neqoda, həmçinin sosial siyasət nazirinin müavini Vitali Muzıçenko işdən çıxarılıb.

Yekun qərar Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən verilməlidir.

Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak ölkədəki kadr islahatları ilə bağlı tviterdə belə yazıb: "Prezident Volodimir Zelenskinin kadr islahatları dövlətin əsas prioritetlərini göstərir”.

Onun sözlərinə görə, hər kəs müharibə zamanı öz məsuliyyətini dərk etməlidir.

Vəzifədən kənarlaşdırılan məmurlar arasında Dnepropetrovsk, Kiyev, Suma, Zaparojye və Xerson vilayətlərinin rəhbərləri də var.
 
M.Podolyak bildirib ki, bu, ictimai tələbin nəticəsidir.

Bundan əvvəl Prezident Ofisi rəhbərinin müavini Kiril Timoşenko, Baş prokurorun müavini Oleksi Simonenko istefa vermişdi.

Zərintac MAYİSQIZI
Missiya.Az






  • 24-01-2023, 17:15