AZ   |   RU
Paşinyan referendum qərarı verdi - Ermənistan Konstitusiya dəyişikliklərinə gedir

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, bu ilin yazında Konstitusiyada dəyişikliklərlə bağlı referendum keçiriləcək və Mərkəzi Seçki Komissiyası onun təşkili ilə bağlı hazırlıq işləri aparır. 

Missiya.Az Ermənistanın “Past” qəzetinə istinadən xəbər verir ki, konstitusiya dəyişiklikləri komissiyası layihənin yekun variantının gələn həftə yekun müzakirə mərhələsinə keçirəcək: “Dağlıq Qarabağ” ətrafında vəziyyət mürəkkəbləşsə də, Ermənistan hakimiyyəti ardıcıl olaraq konstitusiya dəyişiklikləri üzərində işləyir” – deyə, məlumatda qeyd olunur.

Məlumata görə, hakimiyyətə yaxın bir sıra hüquqşünasların da üzərində işlədiyi “tam” versiya ilə bağlı artıq peşəkar müzakirələr aparılıb. Bir sıra aparıcı hüquqşünaslar dəvət alsalar da, müzakirəyə gəlməyiblər, bəziləri isə əvvəlcədən imtina ediblər. 

Konstitusiyada ediləcək dəyişikliklərlə bağlı hələlik konkret açıqlamalar verilmir. 

Elcan 
Missiya.Az




  • 17-01-2023, 12:02