AZ   |   RU
Yaponiya və Hindistan birgə hava təlimi keçirir - Tarixdə ilk dəfə

Yaponiya və Hindistanın Tokio yaxınlığındakı İbaraki əyalətindəki Hyakuri Hərbi Hava Bazasında və ətrafında birgə hava təliminə başladığı bildirilib. 

Missiya.Az
xarici mediaya istinadən xəbər verir ki, Yaponiya Müdafiə Nazirliyindən verilən açıqlamada hava döyüş hazırlığı çərçivəsində həyata keçirilən təlimin yanvarın 26-dək davam edəcəyi bildirilib. 

Təlimə Yaponiya Hava Özünümüdafiə Qüvvələrinə məxsus dörd F-2 və dörd F-15 qırıcısı, Hindistan Hərbi Hava Qüvvələrinin isə dörd Su-30MKI döyüş təyyarəsi, iki C-17 nəqliyyat təyyarəsi və bir İL-78 yanacaq dolduran təyyarəsi cəlb edilib.

Nəriman Sultanoğlu
Missiya.Az


  • 16-01-2023, 12:16