AZ   |   RU
Həssas təbəqəyə həssas yanaşma - İlham Əliyevin sosial siyasətinin mahiyyəti - BİZİM RƏY

Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial islahat paketi çərçivəsində əhalinin rifahının yaxşılaşdırılması istiqamətində bir sıra fərman və sərəncamlar imzalayıb. Əhalinin həssas təbəqəsinin maddi rifahının yaxşılaşdırılması məqəsdilə dövlətin ayırdığı müavinətlərin məbləği artırılıb. Son bir neçə ildə həmin təbəqədən olan insanları əhatə edən bir sıra mühüm fərman və sərəncamlar imzalanıb ki, bu da dövlətin onlara olan xüsusi qayğısından irəli gəlir. 
 
Xüsusilə qeyd etmək lazımdır ki, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, əhalinin aztəminatlı təbəqəsinə kömək göstərilməsi, yoxsulluğun aradan qaldırılması Azərbaycanda dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Prezident İlham Əliyevin sosial siyasətinin fəlsəfəsi də ondan ibarətdir ki, ölkəmizdə aztəminatlı, yoxsul insan olmamalıdır. Bu gün imzalanmış fərman və sərəncamlar bir daha təsdiq edir ki, hər bir vətəndaş dövlətin xüsusi diqqət və qayğısından heç bir zaman kənarda qalmayacaq. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, aparılan islahatların məqsədi Azərbaycan vətəndaşının sosial rifahının daha da yaxşılaşdırılmasına nail olmaqdır.  Odur ki, hər il dövlət büdcəsi təsdiq edilərkən, sosialyönümlülük prioritet olaraq qalır.
 
44 günlük II Qarabağ müharibədən sonra ölkə başçısı daim şəhid ailələri və müharibə əlilləri ilə şəxsən yaxından maraqlanır , onların problemlərinin aradan qaldırılması istiqamətində bir sıra mühüm addımlar atır. Dövlət bu təbəqədən olan insanlar üçün xeyli sayda müasir üslubda yeni binalar inşa edib və proses bu gün də davam edir. Dövlət şəhid ailələri ilə yanaşı, müharibə əlilliyi olan insanların sağlamlığının da keşiyində dayanır. Onlara da dövlət tərəfindən yeni evlər və avtomobillər verilir. Müharibə əlilləri Birinci-vitse prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən yüksək texnoloji protezlərlə təmin olunur və onlar ehtiyac yarandıqda müalicə üçün xarici ölkələrə yola salınırlar. 
 
Dövlət tərəfindən yaradılan Yaşat Fondunun fəaliyyəti şübhəsiz ki, təqdirə layiqdir. 
 
Bütün bunlar, bir daha təsdiq edir ki, sosial cəhətdən həssas əhali qruplarının -  əlilliyi olanların, şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının, mina qurbanlarının sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin sosial siyasətinin əsas tərkib hissəsidir. 
 
Daşqın Həsənov
Missiya.Az


  • 13-01-2023, 14:32