AZ   |   RU
Naxçıvanda sahibkarlar Vasif Talıbovdan şikayətçidirlər

Naxçıvan şəhərində yerləşən Cahan ticarət mərkəzində sahibkarlar onlardan yığılan qanunsuz pullarla bağlı öz etirazlarını bildiriblər.

Missiya.Az
xəbər verir ki, bu barədə redaksiyamıza sahibkar Fərhad Tarverdiyev adlı şəxs məlumat verib.

O, bildirib ki, Cahan ticarət mərkəzində hər ay mağaza sahiblərindən 300 manat pul toplanılır. 

Sahibkar qeyd edib ki, müqavilədə 175 manat yazıldığı halda, onlardan hər ay qanunsuz olaraq 125 manat da əlavə olaraq toplanılır.

Qeyd edək ki, Cahan ticarət mərkəzi iş adamı Vüqar Abbasovun adına sənədləşdirilsə də, onun Vasif Talıbovun ailə şirkətinə məxsus olduğu haqda söz söhbətlər dolaşır.


Daşqın Həsənov
Missiya.Az


  • 5-01-2023, 14:06