AZ   |   RU
İran ticarət gəmisindən PUA daşıyıcısı düzəldir - SEPAH mülki obyektləri hərbi hissəyə çevirir


Fars körfəzinin girişindəki gəmiqayırma müəssisəsində İran Hərbi Dəniz Qüvvələri keçmiş ticarət konteyner gəmisini pilotsuz uçuş aparatları üçün daşıyıcıya çevirir.

Missiya.Az
xarici mediaya istinadən xəbər verir ki, molla rejimi mülki obyektlərdən hərbi məqsədlər üçün istifadəni davam etdirir.

Yayılan peyk görüntülərinə və fotoşəkillərə əsasən, bundan sonra İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İran bayraqlı konteyner gəmisi olan “Şəhid Məhdəvi” helikopter və dronları daşıyacaq.

Müvafiq işlər Hörmüz boğazı yaxınlığında İranın Bəndər Abbas limanındakı Gəmiqayırma və Dəniz Sənaye Kompleksində aparılır.

Məlumatda o da qeyd edilir ki, “Şəhid Məhdəvi” may ayından limandadır və o vaxtdan etibarən ticarət gəmisi üzərində iş gedir.

Nəriman Sultanoğlu
Missiya.Az


  • 5-01-2023, 11:40