AZ   |   RU
Ermənistan hərbi təlimlərə başlayır - Ehtiyatda olan hərbçilər döyüş növbətçiliyinə cəlb olunacaq

Ermənistan Müdafiə Nazirliyi ehtiyatda olan hərbçilər üçün təlim-məşq toplanışları keçirməyi planlaşdırır.
 

Missiya.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, hərbi toplanışlar 2023-cü il martın 1-dən mayın 12-dək keçiriləcək. Müvafiq qərarın layihəsi hüquqi aktların elektron layihəsinin  vahid saytında yerləşdirilib.
 
Təlimlərə hərbi nəqliyyat vəzifələri olan orqanlardan nəqliyyat vasitələrinin cəlb edilməsi də nəzərdə tutulur.
 
Qərar ehtiyatda olan hərbçilərdən ibarət döyüş qabiliyyətinə malik bölmələrin formalaşdırılması məqsədi daşıyır. Ehtiyatda olan hərbçiləri döyüş növbətçiliyinə də cəlb diləcəklər. 
 
Təlim-məşq toplanışının təşkili üçün hərbi-nəqliyyat öhdəliyi olan strukturlardan avtonəqliyyat vasitələrinin alınması planlaşdırılır.
 
Elcan
Missiya.Az


  • 28-12-2022, 14:02