AZ   |   RU
İnsan qanından doymayan molla rejimindən yeni qərar - Etirazçıların əl-ayaqları da kəsilsin
 

“Etirazçıların edam edilməsi və əl-ayaqlarının kəsilməsi effektlidir”.

Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bu təklif İranın hökumət mollaları tərəfindən səsləndirilib. 

Qum müəllimləri və İranın cinayətkar rejimini dəstəkləyən bir qrup radikal molla İranda etirazların qarşısını almaq üçün “İslam qanunlarına əsasən” etirazçıların əl və ayaqlarının kəsilməsini tələb edib.

Eyni zamanda İranda edam hökmlərinin icrasının sayının ötən illə müqayisədə 88 faiz artdığı bildirilir. Bu barədə İranda İnsan Hüquqları Müdafiə Agentliyinin illik hesabatında qeyd olunub. Təşkilatın hesabatına əsasən, 2022-ci ildə 565 nəfər barəsində ölüm hökmü çıxarılıb. Onlardan 6-nın edamı ictimaiyyətin gözü qarşısında icra olunub. Edam olunanlardan 11-i qadın olmaqla 501-nin kimliyi müəyyən edilib. Agentlik qeyd edib ki, cari ildə tələblərinin cavabsız qalması səbəbindən 31 əyalətdə qrup halında vətəndaşlar azı 3046 etiraz aksiyası keçirib. Hesabata əsasən, 2022-ci ildə fəalların və vətəndaşların həbsi ötən illə müqayisədə 13 dəfədən çox artıb. Buraya son üç ayda mülki, ideoloji və ya siyasi fəaliyyətə görə həbs edilən 23 min 977 vətəndaş da daxildir.

Görünən odur ki, edamlardan gözü doymayan mollalar insanlara işgəncə verməyin və haqqını tələb edənlərin qətl edilməsinin yeni formaları üzərində baş sındırırlar. Xalqın tələblərini yerinə yetirməkdə aciz olan terrorçu rejim insanlıq əleyhinə qaydaları sərtləşdirməklə məşğuldur. 

Nəriman Sultanoğlu
Missiya.Az


  • 27-12-2022, 12:12