AZ   |   RU
"Putin ölkədən qaçmağı planlaşdırır" - Rusiyalı deputat

"Rusiya prezidenti Vladimir Putinin ölkədən qaçması planının hazırlanması ilə bağlı şayiələr yayılıb. Lakin Putini qəbul edəcək ölkəni tapmaq çox çətindir". 

Missiya.Az
xarici KİV-nə istinadən xəbər verir ki, bu sözləri “Arqument” proqramının efirində Rusiya Dövlət Dumasının keçmiş deputatı Mariya Maksakova deyib.

"Putinin qaçması planlaşdırılan ölkələr arasında Venesuela və Kuba da var. Lakin Kreml lideri Venesuelada təhlükəsizliyini təmin edə bilməyəcək. Kuba da Putinə qollarını açmayacaq", - deyə Maksakova bildirib.

Maksokova qeyd edib ki, Putinin Afrikaya qaçması planının hazırlandığı barədə şayiələr var: "Bu prosesdə Vaqner qrupunun rəhbəri Yevgeni Priqojin də iştirak edir. Sizə deyə bilərəm ki, Priqojinin Mərkəzi Afrika Respublikasında onun üçün hansısa sığınacaq hazırladığı barədə şayiələr var", - deyə rusiyalı siyasətçi vurğulayıb.

Maksakova sonra çıxışına bu sözlərlə davam edib: "Putinin bütün etdiklərindən sonra heç kim bu cür məsuliyyəti öz üzərinə götürməyəcək və ona “sığınacaq” verməyəcək. O, qatildir, manyakdır, əclafdır. Buna görə də, yəqin ki, onun qəbul ediləcəyi yeganə yer Beynəlxalq Haaqa tribunalıdır. Ola bilsin ki, bu tribunal Ukraynada keçiriləcək”.


Daşqın Həsənov
Missiya.Az 


  • 27-12-2022, 10:41