İranda 1979-cu il inqilabından bəri ən uzun sürən hökumət əleyhinə etirazlarda ölənlərin sayı məlum olub. Missiya.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, “İranın İnsan Haqları Fəalları” xəbər agentliyinin məlumatına görə, etirazlar zamanı 69-u uşaq olmaqla azı 500 nəfər həlak olub.
İki nümayişçi edam edilərkən, daha 26 nümayişçi edamını gözləyir. Ölkədə 2017, 2018 və 2019-cu illərdə uzunmüddətli etiraz aksiyaları keçirilsə də, son etirazlarda cəmiyyətin bütün təbəqələrindən olan insanların olduğu və etirazlara qadınların rəhbərlik etdiyi bildirilir.
Həmçinin bəzi iranlı məşhurlar etirazları dəstəklədikləri üçün ya saxlanılıb, ya da sürgünə getməli olublar.
Bu ayın əvvəlində ABŞ-a köçən aktrisa Həmid Fərruxnezhad İranın ali lideri Ayətullah Əli Xamneyini Franko, Stalin və Mussolini kimi diktatorlara bənzədib.
Gənclərin etiraz üsullarından biri də şiə din xadimlərinə arxadan yaxınlaşaraq başlarından örtüyü götürmək olub. 16 yaşlı Ərşiyə İmamquluzadə ötən ay Təbrizdə bu hərəkəti törətdiyinə görə saxlanılıb. 10 gün həbsdə olan yeniyetmə azadlığa çıxandan iki gün sonra intihar edib. Ailəsi onun həbsdə olarkən çubuqlarla döyüldüyü və naməlum dərmanlar verildiyi üçün intihar etdiyini iddia edirlər.
Digər bir etirazçı 27 yaşlı Mehran Samak İranın dünya çempionatından kənarlaşdırıldıqdan sonra avtomobili ilə səs siqnalı verdiyi üçün öldürülüb.
Aqil Musa
Missiya.Az