AZ   |   RU
Bəşəriyyət III Dünya müharibəsinin astanasında - Qlobal münaqişənin DƏHŞƏTLİ nəticələri olacaq

Serbiya prezidenti Aleksandar Vuçiç dünyanın qlobal konfliklər dövrünə keçid alıdğına dair diqqətçəkən fikirlərlə çıxış edib.

Missiya.Az
xarici mətbuata istinadən xəbər verir ki, Serbiya prezidenti qeyd edib ki, dünya “böyük münaqişənin” astanasındadır:  “Mən gözəl hekayələr danışmayacağam,  çünki danışaramsa bunu dünya siyasəti və cəhənnəmə gedən geosiyasi vəziyyətlə heç bir əlaqəsi olmayacaq. Biz böyük bir dünya münaqişəsinin şahidi olacağıq”.

Aleksand Vuçiç  hesab edir ki, qarşıdurmalar və müharibələr yaxın gələcəkdə dayanmayacaq: “Əslində bu barədə yüz dəfə danışmışam. Lakin siz mənə “dəlidir” dediz. Amma axırda hamısı doğru çıxdı”.  

Qeyd edək ki, qlobal müharibə barədə proqnozlara son günlər tez-tez rast gəlinir. Siyasi analitiklər gözlənilən böyük qarşıdurmanın III Dünya müharibəsi adı alacağını bildirirlər. Belə fikirlər səsləndirilir ki, qaçılmaz olan qlobal münaqişənin fəsadları “dəhşətli” olacaq.

Nüvə silahının işə salınacağını belə istisna etməyən siyasi təhlilçilər hazırda dünyada yaşanan prosesləri “ilkin mərhələ” kimi qiymətləndirirlər. Sözügedən mövzuda müzakirələrin getdiyi, proqnozların irəli sürüldüyü bir ərəfədə Rusiya prezidenti Vladimir Putinin nüvə silahına belə əl ata biləcəklərinə dair bəyanatı III dünya müharibəsi ilə bağlı ehtimalları daha da ciddiləşdirib.

ELCAN
Missiya.Az


  • 23-09-2022, 11:23