AZ   |   RU
“Deputatlar da səfərbərliyə cəlb olunmalıdırlar” – Rusiya Dövlət Dumasının sədri

Dövlət Dumasının deputatlarının səfərbərlikdən yayınmaları üçün xüsusi toxunulmazlıqları  yoxdur.

Missiya.az
Qazeta.ru-ya istinadən xəbər verir ki, bu sözləri Rusiya Dumasının sədri Volodin bildirib.  Vyaçeslav Volodin qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin elan etdiyi qismən səfərbərlik tələblərinə cavab verən deputatlar Ukraynada keçirilən xüsusi hərbi əməliyyatda iştirak etməlidir.  Bu barədə o, öz Telegram kanalında yazıb. Bundan əlavə, Dövlət Dumasının spikeri xüsusi əməliyyatdan sonra Donbassda olan deputatların adlarını açıqlayıb. “Adam Delimxanov xüsusi hərbi əməliyyat başlayandan Çeçenistan Respublikasının könüllüləri Dmitri Sablin, Viktor Vodolatski, Əhməd Doqayevə rəhbərlik edərək Donbasdadır”, - deyə, Volodin yazıb.

Qeyd edək ki, bundan əvvəl Dövlət Dumasının komitə sədri Andrey Kartapolov bəyan etmişdi ki, məmurlar qeyd olunan meyarlara cavab verərsə, qismən səfərbərliyə də cəlb edilə bilərlər. Kartapolov qeyd edib ki, meyarlara orduda xidmət edənlər, eləcə də döyüş təcrübəsi və hərbi ixtisası olanlar aiddir. Sentyabrın 21-də Rusiya prezidenti Vladimir Putin qismən səfərbərlik elan etdiyi ölkə vətəndaşlarına müraciət edib. Rusiya lideri qeyd edib ki, Rusiyada yalnız ehtiyatda olan vətəndaşlar, ilk növbədə döyüş təcrübəsi olanlar qismən səfərbərliyə cəlb olunacaqlar.

SABAH
Missiya.az


  • 22-09-2022, 16:47