AZ   |   RU
Paşinyan Belarusda səfərdədir

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Belarusa rəsmi səfərə yollanacaq.

Missiya.Az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Paşinyan Belarusda Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edəcək.
Qeyd edək ki, sözügedən iclas iyunun 21-i Minskdə baş tutacaq. Bununla yanaşı, həmin gün Minskdə Avrasiya İqtisadi Komissiyası Şurasının növbədənkənar iclası da keçiriləcək.

  • 20-06-2022, 18:51