AZ   |   RU
Oğurlanan iki yaşlı uşaq tapıldı - İki nəfər saxlanıldı

Oğurlanan 2 yaşlı uşaq polis əməkdaşları tərəfindən tapılıb.


Missiya.Az
xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin inspektoru polis mayoru Anar Qafarov məlumat verib.


Məlumata görə, Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbiri nəticəsində 2021-ci il dekabrın 29-da Sabunçu qəsəbəsində oğurlanan 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyev tapılıb.


Onu oğurlamaqda şübhəli bilinən Gültəkin Muradova və Şamil Əliyev saxlanılıblar.


Araşdırmalar davam etdirilir.



  • 8-01-2022, 19:32