AZ   |   RU
“Dəmir və avtomobil yolları sıradan çıxarılacaq”

“ABŞ tərəfindən Ukraynaya öldürücü və hücum silahları göndərilir. Demək olar ki, Ukraynanın silhalandırılmasının ikinci mərhələsi başlayıb”. 


Missiya.Az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 


O, bildirib ki, göndəriləcək silahlar ilk növbədə Rusiya ordusunun arxa cəbhə logistikasını sıradan çıxarılmasına hesablanıb: “Hətta növbəti aylarda Krım körpüsü vurula bilər. Həmçinin işğal olunmuş ərazilərdə dəmir və avtomobil yolları sıradan çıxarılacaq. Rusiya ordusunun hərəkətini çətinləşdirilməsi əsas hədəfdir. Həmçinin havadan müdafiə sistemi təkmilləşdiriləcək. 


Rusiya üçün çətin aylar başlayır. Ukrayna ordusu Krım istiqamətində hədəfləri məhv edib, hücumları artıracaq. 


Qərbin Ukraynaya verdiyi silahları ABŞ və Alman hərbiçilər idarə edir. Ukraynada döyüşmək üçün legioner qruplarda hücum əməliyyatlarını gözləyir. İyunda İsveçrədə başlayacaq Ukrayna üçün sülh formuna kimi Rusiya ordusuna ciddi zərbələr vurulması planlaşdırılır. Bundan sonra Rusiyanın yeni ərazilər işğal etməsi çətinləşəcək. 


Rusiya və Ukrayna danışıqlarına gəldikdə, yaxın perspektivdə bu mümkün deyil. Ümumiyyətlə, Rusiya Ukrayna müharibəsinin danışıqlarla həll yolu gözlənilmir. Çünki Qərblə Rusiya arasında hərbi konfontrasiya birinin məğlubiyyəti ilə nəticələnməlidir. Artıq Qərb bu qədər müharibəyə vəsait xərcəkdikdən sonra, geri çəkilməsi mümkün deyil. Rusiyanı Ukraynada ağır məğlubiyyət gözləyir. Bunun nüvə müharibəsinə keçməsi isə gözlənilmir”.



  • 26-04-2024, 15:45