AZ   |   RU
“Bir neçə ildən sonra başqa fikrə düşənlərə verilən cavab ağır olacaq”


“ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda 30 ölkədən 64 şəxsin iştirakı ilə keçirilən beynəlxalq forumda cənab Prezident İlham Əliyevin cavabları mahiyyətinin dərinliyi və əhatəsinin genişliyi ilə əhəmiyyətlidir”. 


Missiya.Az xəbər verir ki, bunu deputat Musa Qasımlı deyib. 


O, bildirib ki, ən vacib məsələlərdən biri Azərbaycan-Ermənistan münasibətlərində normallaşmaya gedilməsi və gələcəklə bağlıdır: “Azərbaycanın uğurları təsadüfi deyil, düşünülmüş siyasətin, strategiyanın, düzgün taktikanın nəticəsidir, ölkədə heç bir iş plansız görülmür. Ermənistanla sərhədlərin delimitasiya prosesinə başlanması bunu təsdiq edir. Hər iki ölkə konstruktiv hərəkət edir. Delimitasiya və normallaşma proseslərinin görünən və pərdəarxası müsbət tərəfləri vardır. Görülən bütün müsbət işlər eyni zamanda pərdəarası fəaliyyətin də nəticəsidir. Azərbaycan və Ermənistan üçüncü dövlətin iştirakı olmadan məsələlərini özləri həll edə bilər. 


Uzun illər işğal altında saxlanılmış dörd kəndin Azərbaycana qaytarılması və delimitasiyanın başlanması Ermənistanın mövqeyində baş verən müsbət meyildir. Azərbaycan delimitasiya işini davam etdirmək istəyir. Delimitasiya, Qazaxın dörd kəndinin qaytarılması göstərir ki, Azərbaycan və Ermənistan ikitərəfli qaydada birgə işləyəndə yaxşı nəticələrə nail ola bilərlər. Azərbaycanın Ermənistana qarşı pis niyyəti, ərazisinə heç bir iddiası yoxdur. Amma bu ölkənin silahlanmasının ona heç bir faydası olmayacaqdır. Ermənistan normal qonşu olmağı öyrənməli, ərazi iddialarına son qoymalıdır. Hazırda Ermənistanın mövqeyində bəzi müsbət meyillər görünür. Ancaq bir neçə ildən sonra başqa fikrə düşənlərə verilən cavab ağır olacaq”.


Missiya.Az



  • 26-04-2024, 15:48