AZ   |   RU
Peskov Ukraynaya xəbərdarlıq etdi: Daha çox qurbanlar və dağıntılar olacaq

“Kiyev rejiminə verilən raketlərin mənzilinin artırılması Rusiyanın təhlükəsizliyi üçün zəruri olan bufer zonasının genişlənməsinə gətirib çıxaracaq”.


Missiya.Az xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib. 


“Uzaq mənzilli raketlərdən daha çox Kiyev rejimi zərər çəkəcək. Ukraynada daha çox qurbanlar və dağıntılar olacaq. Rusiya prezidenti Vladimir Putinin daha əvvəl dediyi kimi, Ukraynanın silah çeşidi artarsa, Rusiya Federasiyasının və rusların ərazisinin təhlükəsizliyini təmin etmək üçün zəruri olan təhlükəsizlik və ya bufer zonası da genişlənəcək”, - deyə siyasətçi vurğulayıb.


Qeyd edək ki, Pentaqon ATACMS uzaqmənzilli raketlərin Ukraynaya təhvil verilməsini təsdiqləyib.

 


Daşqın Həsənov
Missiya.Az



  • 26-04-2024, 16:16