AZ   |   RU
BMT-dən Türkiyə sülhməramlı qüvvələrinə dəstək paylaşımı

Birləşmiş Millətlər Təşkilatı bütün dünyada BMT bayrağı altında çalışan personalının xidmətinə və təşkilatın sülhməramlı səylərinə verdiyi dəstəyə görə Türkiyəyə təşəkkür edib.

Missiya.Az
“haber7com”a istinadən xəbər verir ki, bu barədə BMT-nin rəsmi “tviter” hesabında paylaşım edilib.

Bildirilir ki, yazıda BMT missiyasında çalışan türkiyəli personalın fotoşəkilləri yer alıb.

"Türkiyədən olan BMT sülhməramlı qüvvələrinin əsgərləri çətin şəraitdə və böyük risk altında sülhə xidmət edir. Onlara göstərdikləri xidmətlərə görə təşəkkür edirik”, - deyə paylaşımda vurğulanıb.


Daşqın Həsənov
Missiya.Az


  • 16-11-2022, 14:35