AZ   |   RU
Türkiyə terrorla mübarizəni gücləndirir – Yeni əməliyyatlar olacaq

Türkiyənin İstanbul şəhərində 6 nəfərin həyatını itirdiyi terror aktından sonra Ankara Suriyada yeni anti-terror əməliyyatına hazırlaşır.

Missiya.Az
“haber7com”a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

"Türkiyə İraqda PKK yaraqlılarına qarşı transsərhəd əməliyyatını başa vurduqdan sonra Suriyanın şimalında əməliyyat keçirməyi planlaşdırır ", - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, 6 nəfərin həyatını itirdiyi və 81 nəfərin yaralandığı terror aktından sonra açıqlama verən Türkiyənin daxili işlər naziri Süleyman Soylu bu sözləri demişdi: "Bizə verilən mesajı aldıq. Nə baş verdiyini bilirik və cavabımız çox sərt olacaq". 


Daşqın Həsənov
Missiya.Az


  • 15-11-2022, 16:25