AZ   |   RU
Hulusi Akar İstanbulda NATO-nun baş katibi ilə görüşüb

Türkiyənin milli müdafiə naziri Hulusi Akarla NATO-nun baş katibi Yens Stoltenberq arasında İstanbulda görüş keçirilib.

Missiya.Az
“haber7com” istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi “tvitter” səhifəsində məlumat yayıb.

Akarla Stoltenberq arasında hansı məsələlərin müzakirə edildiyi barədə, heç bir təfərrüat açıqlanmayıb.

Bildirilib ki, Stoltenberq bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşəcək.

Qeyd edək ki, ötən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu da Stoltenberqlə görüşüb.


Daşqın Həsənov
Missiya.Az


  • 4-11-2022, 13:28