AZ   |   RU
İranda yoxsulluq səviyyəsi artdı


Son 10 ildə İranda yoxsulluq şiddətli şəkildə artıb və bu, artıq cəmiyyətin yalnız bir təbəqəsini əhatə etmir.

Missiya.Az Güney Azərbaycanın teleqram kanallarına istinadən xəbər verir ki, bu barədə İran parlamentinin Tədqiqatlar mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, orta təbəqə də zəifləyib və onlar kirayə qiymətlərinin kəskin artması və ya səhiyyə xərclərindən irəli gələn problemlərə görə yoxsulluq həddinin altına düşürlər.

Qeyd edək ki, bir müddət əvvəl İran Statistika Mərkəzinin verdiyi xəbərdə son 5 il ərzində İranda inflyasiya və yoxsulluq səviyyəsinin 155% çoxaldığı bildirilib.

Qeyri-hökumət mənbələrinin yaydığı məlumatda isə göstərilib ki, İran əhalisinin 42 milyondan çoxu, yəni təxminən 50%-i mütləq yoxsulluq həddinin altında yaşayır.

Zərintac Mayisqızı
Missiya.Az




  • 25-05-2023, 12:51