AZ   |   RU
Çin rəsmisi Ukrayna məsələsinə görə Brüsselə səfər edəcək


"Çin sülh danışıqlarını təşviq etməyə və Ukrayna böhranının siyasi həllinə töhfə verməyə hazırdır".

Missiya.Az
TASS-a istinadən xəbər verir ki, bu sözləri Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin deyib.

O, bildirib ki, Pekin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui Aİ-nin Brüsseldəki mənzil-qərargahına səfər edəcək.

Zərintac Mayisqızı
Missiya.Az





  • 19-05-2023, 14:05