AZ   |   RU
“Ukrayna qələbə qazanacaq" - Viktor Yuşşenko


“Ukrayna sonda qələbə qazanacaq. Bunun üçün bir neçə amilin olması vacibdir, onlardan biri də yekdillikdir. Biz Putinin də bundan qorxduğunu bilirik”.

Missiya.Az-ın xəbərinə görə, bu fikirləri Ukraynanın 2005-2010-cu illərdə Prezidenti Viktor Yuşşenko X Qlobal Bakı Forumu çərçivəsində “Bölünmüş dünyada dayanıqlığın qurulması: Onun qlobal sülhə təsiri” mövzusunda keçirilən ilk panel iclasda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ukraynanın bütün suveren torpaqları geri qaytarılmalıdır: “Ukrayna əsgəri və ukraynalılar da bunu deyirlər”.

Zərintac MAYİSQIZI
Missiya.Az



  • 9-03-2023, 15:22