AZ   |   RU
Türkiyə ordusu İraqda şəhid verdi

Türkiyə ordusunun İraqın şimalındakı “Pəncə-Kilid” əməliyyatı bölgəsində 1 əsgəri şəhid olub.


Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.


Bildirilib ki, “Pəncə-Kilid” əməliyyatı bölgəsində xidmət edən Çavuş Mesut Karadağ ildırım vurması nəticəsində şəhid olub.


Qeyd olunub ki, hadisə nəticəsində həyatını itirən şəhidimizə Allahdan rəhmət diləyirik. O cümlədən şəhidin ailəsinə, Türkiyə Silahlı Qüvvələrinə və soylu millətimizə başsağlığı verir və səbr diləyirik”.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 11:17