AZ   |   RU
Dəyişkən hava nə vaxta kimi davam edəcək? - AÇIQLAMA


Son günlər ölkəmizdə dəyişkən hava şəraiti müşahidə olunur. Gah yağış yağır, gah da külək əsir. Ümumiyyətlə isti ilə soyuğun bir-birini tez-tez əvəz etdiyi bu dönəmlərdə hər birimizi maraqlandıran sual ortaya çıxır: “Qeyr-sabit hava nə vaxta kimi davam edəcək?”

Milli Hidrometeorologiya Xidmətininin rəis müavini Gülnarə Abbasova Missiya.Az-a bildirib ki, Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin mayın 17-dək fasilələrlə davam edəcəyi, şimşək çaxacağı gözlənilir:

“Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli, intensiv və güclü olacağı, eyni zamanda dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə yağıntıların sulu qara keçəcəyi ehtimalı var. Yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayının aşağı axınında sululuq artacaq, Böyük və Kiçik Qafqazın ərazisindən axan çaylarda isə qısa müddətli daşqın və sel keçəcək. Habelə mayın 14-ü və 15-i gözlənilən küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Belə ki, 14 may gün ərzində 15-i gündüzədək Bakı şəhəri və Abşeron yarımadasında və bəzi bölgələrdə şimal-qərb küləyi əsəcək. Küləyin sürəti Bakı və Abşeron yarımadasında 28 m/s, bir çox ərazilərimizdə isə 20m/s-dək güclənəcək”.



Zərintac Mayisqızı
Missiya.Az




  • Bu gün, 12:07