AZ   |   RU
“Tehran Putinin səfərinə hazırlaşır” - İran XİN rəhbəri

“Tehran və Moskva Rusiya Prezidenti Vladimir Putinin İslam Respublikasına səfərinə birgə hazırlaşır”. 


Missiya.Az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı deyib.


"Rusiya Prezidentinin İrana səfəri iki ölkə arasında münasibətlərin uzunmüddətli inkişaf planının bir hissəsidir. Biz müvafiq vaxtda baş tutacaq səfərin təşkili ilə bağlı Rusiya tərəfi ilə hazırlıq işləri görür və məsləhətləşmələr aparırıq", - deyə siyasətçi vurğulayıb.


Qeyd edək ki, bundan əvvəl İran hökumətinin sözçüsü Fatimə Mühacirani Tehranın Putinin rəsmi səfəri üçün hazırlıqlara başladığını bildirib.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 12:46