AZ   |   RU
Türkiyədə yenidən güclü zəlzələ olub, 4 nəfər ölüb, 294 nəfər yaralanıb - YENİLƏNİB-4


Türkiyənin Hatay vilayətində baş verən zəlzələlər nəticəsində ölənlərin sayı dörd nəfər çatıb.

Missiya.Az
“Report”a istinadən xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

“Ölənlərin sayı dörd nəfərə çatıb. Dağıntılar altında qalan iki nəfərin axtarışı üzrə işlər davam etdirilir”, - telekanal bildirib.

Qeyd edək ki, Türkiyənin səhiyyə naziri Fahrettin Koca Hatay vilayətində baş vermiş iki zəlzələ nəticəsində 300-ə yaxın insanın xəsarət aldığını, 18 nəfərin vəziyyətinin ağır olduğunu bildirib.

  • 21-02-2023, 08:21