AZ   |   RU
Pakistanda polis idarəsinə hücum olub, ölənlər var


Pakistanın Karaçi şəhərində silahlı şəxslər polis idarəsinə hücumu edib.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, qarşıdurma nəticəsində aralarında təhlükəsizlik əməkdaşlarının da olduğu 4 nəfər həyatını itirib, hücum edən 2 şəxs zərərsizləşdirilib, 18 nəfər isə yaralanıb.

Səlahiyyətlilərin bildirdiyinə görə, 2 hücumçu özünü partladıb.

Hücum edən şəxslər binaya polis formasında daxil olublar.

  • 18-02-2023, 11:55