AZ   |   RU
Peru Konqresi Kolumbiya Prezidentini arzuolunmaz şəxs elan edib


Peru Konqresi Kolumbiya prezidenti Qustavo Petronu polisə verdiyi ifadələrə görə ölkədə “persona non qrata” elan edib.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, konqresin ümumi iclasında keçirilən səsvermədə 72 nəfər qərarın lehinə, 29- əleyhinə səs verib, 7 nəfər isə bitərəf qalıb.

Qeyd edək ki, fevralın 12-də Kolumbiya Prezidenti Qustavo Petro Peruda hökumət əleyhinə keçirilən aksiyalar barədə verdiyi bəyanatda Peru Milli Polisinin Amerika Konvensiyasını pozduğunu və vətəndaşlara qarşı nasistlər kimi yürüş etdiyini bildirmişdi.

  • 18-02-2023, 10:44