AZ   |   RU
Almaniyada bir neçə hava limanının saytları fəaliyyətini dayandırıb


Almaniyanın Dortmund,  Düsseldorf və Nürnberq hava limanlarının internet saytları fəaliyyətini dayandırıb.

Missiya.Az
xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən saytlara daxil olan zaman, hazırda səhifənin mövcud olmadığı göstərilir.
 
Bildirilib ki, Almaniyanın Erfurt saytına daxil olmaq da mümkün deyildi, lakin onun işi bərpa olunub.

Ölkənin Lufthansa aviaşirkətinin qeydiyyata cavabdeh olan kompüter sistemində də ciddi nasazlıqlar yaranıb və nəticədə bütün dünya üzrə uçuşlar təxirə salınıb.

Aviaşirkətin yaydığı məlumata görə, zərərin nəticələri, Frankfurtdan başqa Münhendəki sistemə də təsir edib və həmçinin dünya üzrə uçuşların hərəkətini pozub.

 Zərintac MAYİSQIZI
 Missiya.Az


  • 16-02-2023, 17:39