AZ   |   RU
İsraildə sinaqoqa silahlı hücum olub, ölən və yaralananlar var


İsrailin Yerusəlim şəhərində sinaqoqa silahlı hücum olub, ölən və yaralananlar var.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb.
Silahlı hücumda 8 nəfər həlak olub. Daha 10 nəfərin yaralandığı bildirilir.

Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs güllələnib.

Hücum terror aktı kimi qiymətləndirilir.

  • 27-01-2023, 23:19