AZ   |   RU
Rusiya səfirliyi: “Azərbaycan səfirliyinə hücum xəbərindən sarsılmışıq”

Rusiyanın Azərbaycandakı səfirliyi ölkəmizin İrandakı səfirliyinə silahlı hücumla bağlı başsağlığı verib.

Missiya.Az
xəbər verir ki, bu barədə diplomatik missiya bəyanat yayıb.

“Təhlükəsizlik xidmətinin əməkdaşı Əsgərov Orxan Rizvan oğlunun ölümü ilə nəticələnən Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum xəbəri bizi sarsıdıb. Azərbaycanlı həmkarlarımıza dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq. Ümid edirik ki, bu faciəvi hadisə hərtərəfli şəkildə araşdırılacaq və günahkar şəxslər cəzalandırılacaq”, - səfirliyin bəyanatında qeyd edilib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

  • 27-01-2023, 16:52