AZ   |   RU
Pentaqon: Növbəti aylar Ukrayna üçün həlledici ola bilər


Növbəti bir neçə ay Ukraynada davam edən hərbi əməliyyatlar üçün həlledici ola bilər.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Selest Uollander bildirib.

“Gələcək aylarda baş verənlər həlledici ola bilər. Biz diqqətimizi Ukraynaya öz xalqını və ərazisini müdafiə etmək üçün lazım olan hərbi vəsaitləri təmin etməyə yönəlmişik”, - ABŞ Senatının Xarici Əlaqələr Komitəsində dinləmələrdə ABŞ rəsmisi bildirib.

  • 26-01-2023, 21:37