AZ   |   RU
“Neft sənayesinə hər il 300-400 milyard dollar investisiya yatırmaq lazımdır” - BƏƏ naziri


Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Mohamed Al Mazrouei Suheil əl-Mazroui hesab edir ki, neft sənayesinə hər il 300-400 milyard dollar arasında investisiya yatırmaq lazımdır.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, bu barədə o, “CNN” telekanalına müsahibəsində deyib.

“Dünya üzrə gündəlik neft istehlakı sutkada 100 milyon bareldən çoxdur. Bizim müəyyən etdiyimiz hasilatın azalması 5-8 faizdir. Biz hər il gündə 5-8 milyon barel itiririk. Böyüməni təşviq etmək üçün deyil, hər şeyi olduğu kimi qoymaq üçün lazımi investisiya illik 300-400 milyard dollardır”- deyə, o bildirib. 

  • 17-01-2023, 21:23