AZ   |   RU
Dövlət Baxçalı radikal müxalifət ittifaqını Ərdoğanın ətrafında birləşməyə çağırdı


Türkiyə Milli Hərəkat Partiyasının başqanı Dövlət Bağçalı Türkiyədə bu il keçiriləcək prezident və parlament seçkilərində rəhbəri olduğu partiyanın mövqeyinə növbəti dəfə aydınlıq gətirmək məqsədilə bu gün canlı yayımda açıqlama yayıb.

Missiya.Az
xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan hakimiyyətinə qarşı kəskin müxalifət müstəvisindən mübarizə aparan "6-lı masa" ittifaqına qarşı kəskin ifadələr səsləndirən MHP başqanı bildirib ki, Türkiyənin itirəcəyi bir saniyə yoxdur. 

Dövlət Baxçalı bu kimi fikirlər səsləndirib: 

- Davası olan insan ümidi olan insandır;
- Türkiyə fələyin taleyini yırtıb. Tariximizin təkəbbürü saxlanılmalıdır. 2023- seçimlərində türk millətinin bəlalardan necə keçəcəyi məlum olacaq;
- Türk milləti 2023-cü il seçimlərində gələcəyinə səs verəcək;
- Cümhurbaşqanlığı hökumət sistemi ilə gücümüzə güc qatdıq.
- Birləşmiş sistemin ikinci 5 il dönəmi daha möhtəşəm olacaq. 
- Yeni sistem müxalifətıiyi yaratmaq lazımdır. Cümhurbaşqanlığı sisteminə çamur atırlar, bilmirlər ki, Türkiyə əvvəlki Türkiyə deyil. 
- Zillət ittifaqının -  "6-lı masa"nın qaynağı kriz, dava, qütbləşmədir;
- Fərqimiz əxlaqımız, dövlətə sədaqətimizdir;
- "6-lı masa" zalımların əsarətinə girib. Onlar bir-biri ilə dava münasibətindədirlər. 

MHP başqanı kəskin müxalifətdə dayanan ittifaqa müraciət ünvanlayaraq bu fikirləri söyləyib: 
"Rəcəb Tayyib Ərdoğan ətrafında birləşərək, yeni güc olaq, yeni səhifə açaq.Qucaqlaşma və birgə hərəkət etmə zamanıdır. Türkiyənin yelkənlərini şişirdən külək daim əssin".

Zərintac MAYİSQIZI
Missiya.Az



  • 15-01-2023, 14:05