AZ   |   RU
Ukrayna XİN Azərbaycana humanitar yardım üçün təşəkkür edib


Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Azərbaycana humanitar yardım üçün təşəkkür edib.

Missiya.Az
xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna XİN "Twitter" hesabında paylaşım edib.

“Ukrayna şəhərlərini generator və transformatorlarla təmin etdiyi üçün Azərbaycana minnətdarıq. Bu, təcavüzkar Rusiya tərəfindən həyata keçirilən vəhşi bombardmanlardan sonra Ukraynanın zərər görmüş kritik infrastrukturunun bərpası üçün çox vacibdir”, - Ukrayna XİN-dən bildirilib.

Zərintac Mayisqızı 
Missiya.Az 


  • 13-01-2023, 17:24