AZ   |   RU
İsveçdəki təxribatla bağlı Türkiyədə istintaq başladılıb
 
Ankara Respublika Prokurorluğu İsveçin paytaxtı Stokholmda terror təşkilatı PKK/YPG tərəfdarlarının təxribatı ilə bağlı istintaqa başlayıb.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vəkili Hüseyn Aydın sosial media hesabında Ərdoğanı hədəf alan cinayət əməllərinin səbəbkarlarına qarşı cinayət işi açdığını bildirib.

Artıq şikayət əsasında Stokholmda törədilən təxribatda iştirak edənlərlə bağlı istintaq başlayıb.

Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 13-01-2023, 16:52