AZ   |   RU
ABŞ-dan Rusiyanın bu addımına diqqət çəkən şərh- Bu dəlilikdir
"Bizim nöqteyi-nəzərimizdən bu, mənə dəliliyin təriflərindən birini xatırladır, yəni fərqli nəticə əldə etmək üçün eyni şeyi təkrar-təkrar etmək. Rusiya hər dəfə daha yüksək rütbəli, daha təcrübəli, bəlkə də daha təsirli komandirlər təyin edir və hər dəfə eyni nəticəyə olur”. 
 
Missiya.Az xarixi KİV-nə istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Prays, gündəlik mətbuat konfransında Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovun Ukraynadakı Birləşmiş Hərbi Qüvvələrin əməliyyatlara cavabdeh təyin edilməsi ilə bağlı sualını cavablandırarkən bildirib.
 
"Ukraynanın özünümüdafiə divarını öz ölkəsini müdafiə etməyə həsr olunmuş ukraynalı müdafiəçilər görür. Rusiya hər dəfə yeni komandir təyin etməklə müharibənin dinamikasını dəyişdirməyə ümid edə bilər, lakin əsas dinamik orada dəyişməyəcək.Yəni ukraynalılar öz torpaqları uğrunda vuruşurlar”. deyib. 
 
Ukrayna ordusu öz torpaqları və demokratiyası uğrunda döyüşərkən Rusiya ordusunun torpaq almaq üçün döyüşə girdiyini ifadə edən Prays, Ukrayna ordusunun döyüş meydanında öz təsirini göstərməyə və torpaqlarını müdafiə etməyə davam edəcəyinə tam əminliklərini ifadə edib. 
 
Rusiya Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada, Rusiya ordusunun Ukraynaya doğru komandanlıq səviyyəsində dəyişikliklər edildiyi və Gerasimovun Birləşmiş Hərbi Qüvvələrin rəhbəri təyin edildiyi bildirilib. 
 
Bəyanatda qeyd olunub ki, Gerasimovun köməkçisi qismində Birləşmiş Qüvvələr və Hava-Kosmik Qüvvələrinin sabiq komandanı Sergey Surovikin fəaliyyət göstərəcək. Quru Qoşunlarının komandanı Oleq Salyukov və Baş Qərargah rəisinin müavini Aleksey Kimin Gerasimovun köməkçiləri təyin olunduğu da bildirilib. 
 
Aqil Musa
Missiya.Az
 

  • 13-01-2023, 13:43